ELM VƏ TƏHSİL
FRANSA İLƏ ELMİ ƏLAQƏLƏR GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, Fransanın Nant Universitetində “Tərs məsələlər və formanın optimallaşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransda ölkəmizi Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, akademik Fikrət Əliyev və institutun əməkdaşları - fizika-riyaziyyat elmləri doktoru Ağəddin Niftiyev, fizika-riyaziyyat elmləri namizədləri Rakib Əfəndiyev və Yusif Qasımov təmsil etmişlər.
Akademik F.Əliyevin “Natamam informasiya şəraitində optimal sintez məsələlərinin həlli üçün ədədi alqoritmlər” mövzusunda məruzəsi dinlənilmişdir.
Səfər çərçivəsində Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]