DÜNYA
Fransada İkinci Dünya müharibəsindən qalmış bir tonluq bomba zərərsizləşdirilmişdir
Paris, 15 sentyabr (AZƏRTAC). İkinci Dünya müharibəsinin başa çatmasından 68 il keçməsinə baxmayaraq, onun izlərinə hələ də rast gəlinir.
Fransanın Pa-de-Kale departamentinin Bark çimərliyinin yaxınlığında üzgüçülər İkinci Dünya müharibəsindən qalmış bir tonluq bomba aşkar etmişlər. Onlar bu barədə polisə məlumat vermişlər. Hadisə yerinə gələn minaaxtaranlar Almaniyaya məxsus bombanın işlək vəziyyətdə qaldığını bildirmişlər. Bomba dərhal zərərsizləşdirilmişdir.
Xatırladaq ki, bir qədər əvvəl bu departamentdə İkinci Dünya müharibəsindən qalmış İngiltərəyə məxsus 500 kiloluq bomba aşkarlanaraq zərərsizləşdirilmişdi.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri,
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]