DÜNYA
Fransada son sutkada koronavirusdan 417 ölüm faktı qeydə alınıb
Paris, 8 fevral, AZƏRTAC
Fransada son sutkada koronavirusdan 417 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, son həftə gündəlik orta hesabla 287 ölüm faktı qeydə alınıb. Gündəlik yoluxma sayı isə orta hesabla 237, 663 olub.
Xəstəxanalarda 33 447 koronavirus xəstəsi olduğu bildirilir. Bir gün əvvəl bu rəqəm 33 027, ötən bazar ertəsi isə 32 374 olub. Son sutkada reanimasiya şöbələrində 3 622 ağır koronavirus xəstəsi müalicə olunur. Fevralın 6-da reanimasiya şöbələrində 3 577, ötən həftə isə 3 700 ağır koronavirus xəstəsi olub.
Ölkədə virus qurbanlarının ümumi sayı 132 923-ı çatıb. Xəstəxanalarda ölənlərin 44 faizi, reanimasiya şöbələrindəki ağır xəstələrin isə 48 faizi peyvənd vurulmayanlardır. Son sutkada xəstəxanalara 2 830 koronavirus xəstəsi daxil olub. Pandemiya başlayandan xəstəxanalarda 529 180 koronavirus xəstəsi sağalıb.
Ölkədə yoluxanların 99,2 faizi koronavirusun “omikron” ştamına yoluxub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris