DÜNYA
Fransalı siyasətçilər ölkəni NATO-dan çıxmağa çağırırlar
Paris, 22 sentyabr, AZƏRTAC
Avstraliya Fransa ilə sualtı qayıqların alınmasına dair müqavilədən imtina etdikdən sonra fransız siyasətçilər ölkənin NATO-dan çıxması məsələsini qaldırıblar.
AZƏRTAC xəbər verir ki, Milli Birlik Partiyası ölkənin NATO-dan tamamilə çıxmasını, Respublikaçılar Partiyası təşkilatın fövqəladə Zirvə görüşünün çağırılmasını və Fransanın təşkilatın komandanlığından ayrılmasını tələb edib.
“Yenilməz Fransa” və Fransa Kommunist partiyaları da eyni fikri təkrarlayıb. Fransanın üzləşdiyi diplomatik böhranla əlaqədar fransız siyasi partiyalarından 2022-ci il prezident seçkilərinə namizədlər ölkənin NATO-dan çıxmasının vacibliyini bildiriblər. Bəzi siyasətçilər Fransanın NATO-nu tərk etməli və ABŞ asılılığından qurtulmalı olduğunu vurğulayıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]