DÜNYA
Fransanın “Total” şirkətinin baş icraçı direktoru Moskvada təyyarə qəzasında həlak olub
Bakı, 21 oktyabr, AZƏRTAC
Fransanın “Total” şirkətinin baş icraçı direktoru Kristof de Marjeri oktyabrın 20-də Moskvada təyyarə qəzasında həlak olub.
AZƏRTAC “BBC”nin saytına istinadla xəbər verir ki, Parisə uçmalı olan K.Marjerinin yüngül mühərrikli şəxsi “Falcon-50” təyyarəsi yerli vaxtla saat 20:00 radələrində Moskvanın Vnukovo aeroportundan havaya qalxarkən qar təmizləyən maşınla toqquşub. Hadisə nəticəsində təyyarənin üç ekipaj üzvü də həlak olub.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, 63 yaşlı K.Marjeri 2007-ci ildən Avropanın üçüncü ən böyük neft şirkətinin baş icraçı direktoru vəzifəsində çalışırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]