DÜNYA
Fukuşima stadionu Tokio-2020 Olimpiadası üçün yararlı hesab edilib
Tokio, 18 mart, AZƏRTAC
Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları bildiriblər ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Fukuşima stadionunda yarışların keçirilməsi barədə onların təklifini bəyənib. Həmin stadionda beysbol və softbol yarışlarının keçirilməsi nəzərdə tutulur.
Martın 17-də Cənubi Koreyanın Pxyonçxan şəhərində BOK-un rəhbərliyinin toplantısı keçirilib. Həmin toplantıda Tokio Olimpiadasının təşkilatçıları Fukuşima prefekturasının Azuma stadionunu beysbol və softbol yarışlarının keçirilməsi üçün təklif edib.
Ötən ilin dekabrında BOK Tokio yaxınlığındakı Yokohama stadionunu həmin idman növləri üzrə yarışların əsas yeri kimi təsdiq edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]