İDMAN
Futbol üzrə Azərbaycan yığmasının təlim-məşq toplanışına həsr olunmuş “Milli komandamız” filmi çəkilmişdir
Bakı, 7 mart (AZƏRTAC). Futbol üzrə Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində keçirilmiş yoxlama oyunları ilə bağlı AFFA-nın dəstəyi ilə “Milli komandamız” filmi çəkilmişdir.
AZƏRTAC xəbər verir ki, filmdə AFFA-nın baş katibi Elxan Məmmədovun, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun və komandanın üzvlərinin toplanış, həmçinin millimizin dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar barədə fikirləri, məşq prosesi və yoxlama oyunlarından maraqlı görüntülər yer almışdır.
Filmin ideya və ssenari müəllifi AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğludur. Departamentin digər əməkdaşları - Fərid Əhmədov filmin rejissoru, Mirzə Ələkbərov filmin operatoru, Etibar Tağıyev isə filmin redaktorudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [21:14]
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]