MƏDƏNİYYƏT
Füzuli rayonunun mədəniyyət işçiləri Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət etmişlər
Füzuli, 11 dekabr (AZƏRTAC). Füzuli rayonunun mədəniyyət işçiləri ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində olmuşlar.
AZƏRTAC xəbər verir ki, mədəniyyət işçiləri əvvəlcə Mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Mədəniyyət işçiləri sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatı, fəaliyyəti və zəngin irsi ilə, xüsusi guşələrdə uşaqlıq və gənclik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illəri, ailə həyatının ayrı-ayrı məqamlarını, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, Füzuli rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə, dahi şəxsiyyət haqqında yazılmış kitablarla yaxından tanış olmuş, sənədli filmə tamaşa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]
Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub
- 03.05.2024 [14:22]
I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər
- 03.05.2024 [13:25]