Gədəbəy şəhərində 10-a yaxın küçədə yollar yenidən qurulur
Gədəbəy, 25 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gədəbəy şəhərində aparılan abadlıq-quruculuq tədbirləri çərçivəsində 9 küçədə yolların yenidən qurulması işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda işlər Xocalı, Nizami Gəncəvi, Rafiz Əliyev, Əliağa Şıxlinski küçələrində aparılır. Nəqliyyat vasitələrinin və əhalinin rahat hərəkətinin təmin edilməsi üçün küçələrə ilkin olaraq qum-çınqıl qarışığı tökülür, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılır, daha sonra isə asfalt örtüyü salınır.
Asfaltlama işləri Koroğlu, Nəriman Nərimanov, Cavanşir Ağayev, Şöhrət Qasımov küçələrində də həyata keçiriləcək.