İQTİSADİYYAT
Gələn il istismara veriləcək yeni EATS-larda fiber-optik kabellərin quraşdırılması başa çatdırılmışdır
Bakı, 12 fevral (AZƏRTAC). 2013-cü ilədək istismara verilməsi nəzərdə tutulan Qobustan, Hökməli, Yeni Qobu elektron ATS binalarına qədər fiber-optik rabitə kabellərinin quraşdırılması başa çatdırılmışdır. Abşeron Telekommunikasiya Qovşağının xidmət ərazisində ümumilikdə fəaliyyətdə (istismarda) olan 21 şəhər, kənd və qəsəbə EATS-ın hamısının birləşdirici xətləri fiber-optik kabellərdən ibarətdir.
Qovşaqdan AZƏRTAC-a bildirmişlər ki, bu il ərzində istismara verilməsi nəzərdə tutulan “Qurtuluş-93” yaşayış sahəsi - EATS binasına qədər FO-24 tipli fiber-optik kabel quraşdırılmışdır. “Atçılıq” yaşayış sahəsi-EATS binasına qədər fiber-optik kabel xətlərinin çəkilməsi üçün telefon kabel-kanalizasiya qurğularının tikintisi davam edir.