İQTİSADİYYAT
Gələn il üçün Azərbaycan manatının ABŞ dollarına məzənnəsi 79 qəpik qəbul edilmişdir
Bakı, 27 noyabr (AZƏRTAC). Növbəti - 2012-ci il üçün Azərbaycan manatının ABŞ dollarına məzənnəsi 79 qəpik qəbul edilmiş və inflyasiya tempi 6 faiz proqnozlaşdırılmışdır.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev Milli Məclisdə, 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı söyləmişdir.
Nazir demişdir ki, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1,3 faiz, xarici dövlət borcunun yuxarı həddi 2 milyard manat nəzərdə tutulmuşdur.
Neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilmiş, 1 barrelin qiyməti gələn il üçün 80, növbəti 3 il üçün isə 75 dollar qəbul edilmişdir.