İQTİSADİYYAT
Gəmiçilik “Gənclik” metro stansiyasında fotosərgi təşkil edəcək
Bakı, 24 avqust, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Bakı metrosunun “Gənclik” stansiyasının keçidlərində fotosərgi təşkil edəcək.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, mühüm tarixi, sosial-ictimai mövzunu əhatə edən layihə “Bakı Metropoliteni” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin birgə təşkilatçılığı ilə ərsəyə gələcək.
Bu il şanlı tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Metronun “Gənclik” stansiyasının keçidlərindən istifadə edən metro sərnişinləri – paytaxt sakinləri və şəhərimizin qonaqları, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcək.
Ümumilikdə, Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran, müxtəlif dövrləri əhatə edən 90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq və bir neçə ay davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]