İQTİSADİYYAT
“GemZA Holdinq”in istehsalat, xidmət və logistika mərkəzi açılıb
![](/files/galleryphoto/2024/2/1200x630/17174988143883836971_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17174988146424649949_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17174988141644359630_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17174988141800938380_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17174988142527040243_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17174988141579225124_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17174988144024037640_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17174988144619131210_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717498814483923263_1200x630.jpg)
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də “GemZA Holdinq”in istehsalat, xidmət və logistika mərkəzinin rəsmi açılış mərasimi olub. Açılış mərasimində dövlət qurumlarının rəsmi şəxsləri, o cümlədən beynəlxalq və nüfuzlu şirkətlərin rəhbərləri, ümumilikdə 300 nəfərdən çox sektor iştirakçısı iştirak edib.
AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Finlandiyanın ölkəmizdəki səfiri Kirsti Narinen və “GemZA Holdinq”in rəhbəri Zamin Əliyev açılış nitqi ilə çıxış ediblər. Natiqlər öz növbəsində, bu əlamətdar günə görə tədbir iştirakçılarına təbriklərini, xoş diləklərini və təşəkkürlərini dilə gətiriblər.
Bildirilib ki, ümumilikdə 105 nəfərdən çox əməkdaşın çalışdığı şirkət mürəkkəb təmir işlərini həyata keçirmək, daha geniş çeşidli ehtiyat hissələri istehsal etmək, habelə xərcləri və təhvil vaxtını optimallaşdırmaq üçün yeni istehsal müəssisəsini istifadəyə verib.
“GemZA Holdinq” 2005-ci ildə mühəndislik, təchizat və inşaat şirkəti olaraq qurulub. Şirkət Xəzər regionu, Türkiyə və Orta Şərqdə xüsusi əhəmiyyətə malik neft və qeyri-neft sektorunda istifadə olunan avadanlıqların tədarükü təmiri və istehsalı ilə məşğul olur. Şirkət yeni investisiya layihəsi ilə Azərbaycanda modern anbarların əlçatanlığını təmin etmək, ölkənin təchizat zəncirinin dayanıqlığını gücləndirmək və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyunca anbar tutumu imkanlarını artırmağı planlayır.
“GemZA Holdinq” hazırda 15 dən çox Avropa, Amerika, Azərbaycan, postsovet ölkələri və Türkiyə şirkətlərinin rəsmi nümayəndəsidir. Şirkət 15 dən çox Avropa və Amerika şirkətlərinin Azərbaycan, postsovet ölkələri və Türkiyədə rəsmi nümayəndəsidir. Bu şirkətlər “Chart-Howden”, KSB, “John Crane”, “Timken”, BASF, “Halder Topsoe”, “Leva”, “Aquaprox”, “Shinnippon”, “Mitsui”, “Kamat”, “Hoerbiger”, “Weg” və “Valmet” kimi şirkətlərdir.
Açılış mərasimində şirkətlər Milli Məclisin deputatları Məzahir Əfəndiyev, Ceyhun Məmmədov, KOBİA sədri Orxan Məmmədov və digər qonaqların təqdimatında uğurlu əməkdaşlığa görə “GEMZA Holdinq” tərəfindən korporativ hədiyyə ilə təltif olunublar.
Qeyd edək ki, holdinq Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) “xüsusi üzvü”dür.