ELM VƏ TƏHSİL
GƏNC GEOLOQLAR İNTERNAT MƏKTƏBLƏRİNİN ŞAGİRDLƏRİNİ SEVİNDİRMİŞLƏR
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun əməkdaşları Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli internat məktəbində olmuşlar.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun Gənc Alimlər Şurasının təşəbbüsü ilə təşkil olunmuş tədbirdə qonaqlara uşaqların məşğuliyyəti, təhsili, idman yarışlarındakı nailiyyətləri, həmçinin dövlətin onlara qayğısı barədə geniş məlumat verilmişdir.
Gənc geoloqlar uşaqlara hədiyyələr paylamışlar.
Uşaqlar qonaqlar üçün mahnı oxumuş, şeir söyləmiş, rəqs etmişlər.
Sonra gənc geoloqlar Şüvəlandakı 6 nömrəli xüsusi internat məktəbində də olmuş, uşaqlara hədiyyələr vermişlər.