REGİONLAR
Gəncə gəncləri arasında peyntbol yarışı keçirilib
Gəncə, 9 sentyabr, AZƏRTAC
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin üzvləri arasında karantin qaydaları nəzərə alınmaqla peyntbol yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, peyntbol hərbi-idman oyununun keçirilməsində əsas məqsəd gənclərin fiziki sağlamlığını qorumaq, hərbi-vətənpərvərlik ruhunu gücləndirmək, silahdan atış vərdişlərini təkmilləşdirmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və ən güclü komandanı müəyyənləşdirmək olub.
Yarışda 6 komanda birincilik uğrunda mübarizə aparıb. Gənclərin böyük həvəslə iştirak etdiyi yarışın qalibi isə bütün rəqiblərini məğlub edən “Kəlbəcər” komandası olub.
Sonda yarışda iştirak edən komandaların üzvləri sertifikatlarla, qalib komandanın üzvləri isə hədiyyələrlə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]