Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gəncədə Avropa Gənclər Festivalının açılış mərasimi keçirilib

Gəncə, 1 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Oktyabrın 1-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Avropa Gənclər Festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən festivalda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, Forumun baş katibi Allan Pall, “Avropa Gənclər Paytaxtı Şəbəkəsi”nin icraçı direktoru Andras Farkas, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyev, həmçinin bir sıra yerli və əcnəbi qonaqlar iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Sonra iştirakçılar mərkəzdə Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən stendlərə baxıb, fotolarla tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə festival açıq elan olunub. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayıb, onları Avropanın Gənclər Paytaxtında görməkdən məmnunluğunu ifadə edib.

Məlumat verilib ki, “Gəncə-2016 Avropanın Gənclər Paytaxtı” layihəsi çərçivəsində bu vaxta qədər 250-dən çox beynəlxalq və yerli əhəmiyyətli tədbir keçirilib. İlin sonuna qədər isə daha bir neçə tədbirin təşkil olunması nəzərdə tutulub. Layihə çərçivəsində həyata keçirilən tədbirlərin mövzusu aktual olmaqla yanaşı, rəngarəng və müxtəlifdir. Məqsəd isə gənclərin dünyaya inteqrasiyasını, işgüzar və mədəni əlaqələrini genişləndirməkdir.

Prezident İlham Əliyevin “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək tədbirlərlə əlaqədar xüsusi Sərəncam imzaladığını diqqətə çatdıran icra hakimiyyətinin başçısı ölkənin 9 nazirliyinin və 2 dövlət komitəsinin də təşkilati işlərə cəlb olunduğunu deyib.

Vurğulanıb ki, keçirilən tədbirlər gənclər arasında həmrəylik yaratmaqla, ölkələrarası və xalqlararası dostluq münasibətlərinin qurulmasına, möhkəmləndirilməsinə mühüm töhfələr verir. Ölkənin gələcək inkişafının gənclərlə bağlı olduğunu deyən Elmar Vəliyev onlara daha geniş imkanlar yaradılmasının, potensiallarından səmərəli istifadə olunmasının vacibliyindən danışıb.

Avropa Gənclər Forumunun baş katibi Allan Pall çıxışında təmsil etdiyi forumun 100-dən çox gənclər təşkilatını birləşdirdiyini diqqətə çatdırıb. Gəncəyə Avropanın Gənclər Paytaxtı titulunun verilməsi və rəmzi açarın nümayəndə heyətinə təqdimat mərasimlərində iştirak etdiyini deyən Allan Pall Avropa Gənclər Festivalının da iştirakçısı olduğuna görə məmnunluq duyduğunu söyləyib. O, Gəncəni təsəvvür etdiyindən də gözəl şəhər olduğunu, burada gənclərə xüsusi qayğı göstərildiyini, onlara hərtərəfli təminat yaradıldığını bildirib.

Allan Pall vurğulayıb ki, şəhərdə gənclərin inkişafı sahəsində görülən işlər və “Gəncə-2016 Avropanın Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən möhtəşəm tədbirlər gələcəkdə bu titula yiyələnəcək şəhərlər üçün örnək ola bilər.

“Avropa Gənclər Paytaxtları Şəbəkəsi”nin icraçı direktoru Andras Farkas Avropa Gənclər Festivalını mühüm tarixi hadisə olaraq dəyərləndirib, keçirilən bu cür tədbirlərin gənclərin təşəbbüskarlığına və fəallığına yeni stimul verəcəyini, fikir və ideya mübadiləsində əhəmiyyətli rol oynayacağını söyləyib.

Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev çıxış edərək Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsini Azərbaycan gəncləri üçün qürurverici hadisə olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu il Avropa gənclərinin diqqəti qədim Gəncədədir. O, Gəncə şəhərinin “Avropa Gənclər Paytaxtı” seçilməsində Azərbaycanın gənclər sahəsində qazandığı uğurların və topladığı təcrübənin mühüm rol oynadığını vurğulayıb.

V.Quliyev Gəncənin 2016-cı il üçün “Avropanın Gənclər Paytaxtı” seçilməsində Azərbaycandakı gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə sıx əməkdaşlığının da mühüm rol oynadığını bildirib. Qeyd edib ki, hazırda ölkəmizin 30-dək gənclər təşkilatı Avropa məkanında fəaliyyət göstərən müvafiq beynəlxalq qurumların tamhüquqlu üzvüdür.

Prezident Administrasiyasının rəsmisi söyləyib ki, Gəncə 2016-cı ilin geridə qoyduğumuz doqquz ayı ərzində “Avropa Gənclər Paytaxtı” titulunu layiqincə doğruldub, yüzlərlə yerli, habelə xeyli sayda beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edib. Bu, onu deməyə əsas verir ki, Gəncə “Avropa Gənclər Paytaxtı” olmuş şəhərlər içərisində nümunə təşkil edəcək.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dövlət gənclər siyasətinin hədəflərindən, bu istiqamətdə görülən işlərdən və Avropanın gənclər sahəsində fəaliyyət göstərən qurumları ilə əməkdaşlıqdan danışıb. Bildirilib ki, Gənclər və İdman Nazirliyi ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan ilk dövlət qurumlarından biridir. Bu illər ərzində Gənclər və İdman Nazirliyi, həmçinin Prezident yanında Gənclər Fondu minlərlə gəncə dövlətin dəstəyi ilə öz təşəbbüslərini reallaşdırmaq imkanı yaradıb. Hazırda Azərbaycanda 320 qeyri-hökumət gənclər təşkilatı fəaliyyət göstərir. İstər Gənclər və İdman Nazirliyi, istərsə də Gənclər Fondu bu QHT-lərin təhsil, mədəniyyət, incəsənət, elm və digər sahələr üzrə həyata keçirdiyi layihələrin dəstəklənməsi üçün maliyyə vəsaiti ayırır. Minlərlə Azərbaycan gənci dövlət hesabına dünyanın ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edirlər.

Açılış mərasimində çıxış edən Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev son illərdə Azərbaycanda, o cümlədən Gəncə şəhərində dövlətin gənclərin hərtərəfli inkişafı üçün yaratdığı şəraitdən və bu sahədə qurulan infrastrukturdan danışıb.

Tədbirdə çıxış edən “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev bildirib ki, ölkədə gənclər sahəsində aparılan məqsədyönlü siyasətin və geniş təbliğatın nəticəsi olaraq 2013-cü il noyabrın 21-də Yunanıstanın Saloniki şəhərində Avropa Gənclər Forumunun Baş Assambleyasında beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri “2016-cı il Avropa Gənclər Paytaxtı” elan olunub. 2014-cü ildə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsini icra edəcək ictimai birlik təsis edilib. Gəncə MDB məkanında və qitənin Avropa İttifaqına daxil olmayan ölkələri arasında “Avropa Gənclər Paytaxtı” tituluna sahib olan ilk şəhərdir.

Layihənin 5 istiqaməti əhatə etdiyini bildirən Elmir Vəliyev qeyd edib ki, bunlara təhsil, gənclərin məşğulluğu, könüllülük, sosial rifah və gənclərin cəmiyyətdə fəal iştirakı daxildir. “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin yüksək səviyyədə keçirilməsi üçün Prezident İlham Əliyevin 2016-cı il 24 fevral tarixli Sərəncamını xatırladan birliyin sədri vurğulayıb ki, layihə çərçivəsində 43 beynəlxalq tədbirin keçirilməsi planlaşdırılsa da, müvafiq Sərəncamdan sonra onların sayı 250-yə çatdırılıb.

“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin icrasına bir sıra nazirliklərin də yaxından dəstək verdiyini deyən Elmir Vəliyev keçirilən beynəlxalq tədbirlərin uğurlu icrasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Çıxışlardan sonra XXXI Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarında fəxri kürsüyə yüksələn, həmçinin bir sıra beynəlxalq və təsnifat xarakterli yarışlarda uğurla çıxış edən gəncəli idmançılara mükafatlar təqdim olunub. Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətlərə, habelə Gəncə şəhərində idmanın inkişafındakı xidmətlərinə görə sərbəst güləşçi Toğrul Əsgərov və onun məşqçisi Elçin Zeynalov, Paralimpiya Oyunlarında cüdo idman növü üzrə qızıl medalın sahibi Ramil Qasımov və onun məşqçisi Əli Hacıyev fəxri fərmanlarla təltif ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub