ELM VƏ TƏHSİL
Gəncədə Azərbaycandakı Özəl Türk liseyləri arasında tarix fənni üzrə müsabiqə keçirilmişdir
Gəncə, 8 mart (AZƏRTAC).Gəncə Özəl Türk Liseyində Azərbaycanda fəaliyyət göstərən 13 özəl Türk liseyinin 7-9-cu sinif şagirdləri arasında tarix fənni üzrə müsabiqə keçirilmişdir.
Azərbaycan Özəl Türk Liseyləri baş idarəsinin tarix fənni üzrə metodiki kabinetinin müdiri Rüfət Əliyev demişdir ki, 7-ci ildir təşkil olunan bu yarışmanın Gəncədə keçirilməsinin məqsədi lisey şagirdlərini Azərbaycanın bölgələri ilə, onun tarixi abidələri ilə yaxından tanış etməkdir.
Gərgin və maraqlı keçən yarışmada şagirdlər doğma diyarın tarixi haqqında biliklərini nümayiş etdirmişlər.Müsabiqəyə yekun vurularkən Gəncə Özəl Türk Liseyini təmsil edən şagirdlərə üstünlük verilmişdir.Yarışmanın sonunda ilk üç yeri tutanlara medal və sertifikatlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]