DÜNYA
“Google Fiber” 1500 əməkdaşını ixtisar edəcək
Bakı, 27 oktyabr, AZƏRTAC
“Alphabet” korporasiyasının bölməsi, genişzolaqlı şəbəkə üçün infrastrukturun yaradılması ilə məşğul olan “Google Fiber” şirkəti əməkdaşlarının 9 faizini ixtisar etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat verib. İxtisara düşəcək əməkdaşların sayı təxminən 1500 nəfər təşkil edəcək.
Bundan başqa, şirkətin baş direktoru Kreyq Barret oktyabrın 25-də vəzifədən getdiyini elan edib.
“Google Fiber”dəki proseslər şirkətin biznes strategiyasındakı dəyişikliklə bağlıdır. Bu isə yeni texnologiyaların və metodların tətbiqindən irəli gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]