“Google Pay” Azərbaycanda rəsmi olaraq istifadəyə verilib
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektoru, beynəlxalq kart təşkilatları, eləcə də ödəniş xidməti təchizatçıları ilə əməkdaşlıq edərək ölkədə rəqəmsal ödəniş həllərinin qəbulu və istifadəsinin genişləndirilməsi istiqamətində səylərini davam etdirir.
AMB-dən AZƏRTAC-a bildirilib ki, bu gün “Google Pay” Azərbaycanda rəsmi olaraq istifadəyə verilib. Artıq Azərbaycanda “Android” telefon və ya “Wear OS” istifadəçiləri “Google Wallet” tətbiqi vasitəsilə ödəniş kartlarını yadda saxlaya, “Google Pay” ilə rahat, təhlükəsiz və təmassız ödənişləri həyata keçirə biləcəklər.
Mərkəzi Bank maliyyə innovasiyaları və rəqəmsal ödəniş xidmətlərini təşviq etməklə təmassız ödənişlərin genişlənməsi, bununla da iqtisadi subyektlər üçün daha əlverişli ödəniş həllərinin təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]