CƏMİYYƏT
Goranboyda Beynəlxalq Qadınlar Günü təntənə ilə qeyd edilmişdir
Goranboy, 7 mart (AZƏRTAC). Goranboyda 8 mart-Beynəlxalq Qadınlar Günü təntənə ilə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlətimizin bu zərif cinsin nümayəndələrinə göstərdiyi diqqət və qayğıdan danışılmış və qeyd edilmişdir ki, hazırda Goranboy rayonu əhalisinin 51 faizini qadınlar təşkil edir. Cəmiyyətdə onların fəallığını artırmaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Göstərilən yüksək etimadın nəticəsi olaraq 20 məktəbdə direktor vəzifəsi onlara həvalə edilmişdir.
Hazırda 470 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Son illər 4 qadın “Əməkdar Müəllim” fəxri adına layiq görülmüş, 3 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Çıxış edən qadınlar onların əməyinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəallığına görə fəxri fərmanlar və qiymətli hədiyyələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]