ELM VƏ TƏHSİL
Göyçayın orta məktəblərində “Məzun Günü” olmuşdur
Göyçay, 31 may (AZƏRTAC). Mayın 31-də respublikanın hər yerində, o cümlədən Göyçayda məzunların son zəng tədbirləri təntənə ilə qeyd olunmuşdur. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq mühafizə orqanlarının əməkdaşları bölgü əsasında orta ümumtəhsil məktəblərində keçirilən məzun bayramında iştirak etmiş, şagirdlərin sevincinə qoşulmuşlar.
AZƏRTAC xəbər verir ki, rayonun 53 məktəbində 1098 məzun üçün keçirilən tədbirlərdə müəllimlər, valideynlər iştirak etmiş, onları təbrik edərək, gül-çiçək dəstələri və hədiyyələr təqdim etmişlər.
Xatırladaq ki, ötən il Göyçayın orta məktəblərini bitirən 933 məzundan 347 nəfəri tələbə adını qazanmışdır ki, onlardan 13 nəfəri 600-dən yuxarı bal toplamışdır.