REGİONLAR
Göygölün Üçtəpə kəndi “mavi yanacaq”la təmin edilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Göygöl rayonunun Üçtəpə kəndinə təbii qaz verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 85 abonentlik yaşayış məntəqəsinin qazlaşdırılması məqsədilə 2 min 895 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sakinlər və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]