DÜNYA
Gürcüstan Müsəlmanları İdarəsi üçün yeni inzibati bina tikiləcək
Tbilisi, 30 aprel, AZƏRTAC
Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) üçün yeni inzibati bina tikiləcək. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qərarı ilə bunun üçün torpaq sahəsi ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili Gürcüstanın müsəlman icmasının şərəfinə təşkil olunan iftar məclisindəki çıxışı zamanı bildirib.
Hökumət başçısı müsəlman icmasına ölkədə bərabərlik, sabitlik və sülh naminə göstərdiyi xidmətlərə görə minnətdarlıq edib. Bildirib ki, hökumət bunları görür və qiymətləndirir.
Onun sözlərinə görə, indiyədək ümumilikdə 200-ə yaxın məscid müsəlman icmasına təhvil verilib, yaxın vaxtlarda daha 28 məscidin də GMİ-yə verilməsi nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [17:37]
Monteneqro müstəqilliyinin 18-ci ildönümünü qeyd edir
- 20.05.2024 [16:57]
Əfqanıstanda avtobus qəzasında 5 nəfər ölüb, 11 nəfər yaralanıb
- 20.05.2024 [16:49]
Hindistanda avtomobilin dərəyə aşması nəticəsində 18 nəfər ölüb
- 20.05.2024 [16:30]
İndoneziyanın İbu vulkanı beş kilometr hündürlüyə kül püskürüb
- 20.05.2024 [16:17]