DÜNYA
Gürcüstan parlamentinin sabiq vitse-spikeri fırıldaqçılıqda günahlandırılır
Tbilisi, 11 iyul (AZƏRTAC). Gürcüstan parlamentinin sabiq vitse-spikeri Rusudan Kervalişvili fırıldaqçılıqda günahlandırılmışdır.
Gürcüstan Baş Prokurorluğundan verilən məlumata görə, Rusudan Kervalişvili, bacısı - Eduard Şevardnadzenin hakimiyyəti dövründə parlamentin vitse-spikeri vəzifəsini tutmuş Vaxtanq Rçeulişvilinin həyat yoldaşı, “Sentr-poynt” şirkətinin prezidenti Maya Rçeulişvili və “Deksus” şirkətinin rəhbəri Merab Tsaquria ilə birlikdə evlər tikib-satmaqla məşğul olan adları qeyd olunan şirkətlərə mənzil almaq məqsədilə pul köçürmüş vətəndaşların 11 milyondan artıq pullarını fırıldaq yolu ilə mənimsəməkdə təqsirli bilinirlər.
“Sentr-poynt” şirkətinin əmlakına və hesabındakı pula qadağa qoyulmuşdur.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]