DÜNYA
Gürcüstanda təbii qaz yatağı kəşf olunub
Tbilisi, 11 iyul, AZƏRTAC
Gürcüstanda 16 milyard kubmetr həcmində qaz yatağı kəşf olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Giorgi Tatişvili “Biznes kursu” verilişinin efirində məlumat verib.
Onun sözlərinə görə, ölkədə 16 milyard kubmetr təbii qaz yatağının mövcudluğu təsdiqlənib.
Bildirilib ki, təbii qaz yatağı Tbilisi yaxınlığında aşkarlanıb. Yataqda qaz ehtiyatının olduğunu “Sklumberger” (Schlumberger) şirkəti tərəfindən təsdiqlənib. Şirkət 2018-ci ildə ölkədə neft-qaz yataqlarının axtarışı ilə məşğuldur.
G.Tatişvilinin sözlərinə görə, lisenziyalı sahədə üfüqi istiqamətdə qazma tələb olunur. Yataqda işlərə bu ilin sonunda və ya gələn ilin əvvəlində başlanılması gözlənilir. Yatağın istismarı ölkənin 8 il təbii qaz təminatına şərait yaradacaq.
Quyunun istismarını həyata keçirəcək “Blok Enerji” şirkəti köhnə quyularda horizontal qazma işləri də aparır. Bu da qaz hasilatının 80 faiz artmasına səbəb olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi