İQTİSADİYYAT
“Hesab.az” portalında elektron imzadan istifadə imkanı yaradılmışdır
Bakı, 13 iyul (AZƏRTAC). “Goldenpay” şirkətinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığı çərçivəsində, “hesab.az” portalında elektron imzadan istifadə imkanı yaradılmışdır.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, yaxın vaxtda “Goldenpay” şirkəti elektron imza istifadəçilərinə yeni elektron xidmətlər təqdim etməyi planlaşdırır. Bunların arasında kreditlərin banka getmədən sifarişi, bank hesabının “online” olaraq məsafədən açdırılması, elektron sığorta xidmətindən yararlanma və s. xidmətlərin təşkili nəzərdə tutulmuşdur.
Qeyd edək ki, “Goldenpay” ödəmə texnologiyaları əsasında çalışan “hesab.az”, mobil operatorlar, internet-provayderlər, bütün kabel televiziya şəbəkələri və kommunal şirkətlərinin hesablarını bank kartları vasitəsilə ödəmək imkanı verir. Bundan başqa, portalda bank kreditlərinin ödənişi və onlayn-sığorta xidmətləri göstərilir. Bu zaman qeydiyyatdan keçən abunəçi “Şəxsi kabinet” açaraq, ödəniş tarixçələrini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak edə bilərlər.