İQTİSADİYYAT
“ICgroup.AZ” Bakıda yerləşən təşkilatların təxminən 80 faizi ilə əməkdaşlıq edir
Bakı, 5 dekabr, AZƏRTAC
“ICgroup.AZ” şirkəti bu yaxınlarda 20 illik yubileyini qeyd edəcək. Biz “1C” şirkətinin Bakıdakı rəsmi tərəfdaşıyıq və proqram məhsulları əsasında idarəetmə və uçotun avtomatlaşdırılması ilə məşğul oluruq.
AZƏRTAC xəbər verir ki, bunu XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisinin iştirakçısı “ICgroup.AZ” şirkətinin marketinq üzrə direktoru Fərəh Əliyeva söyləyib.
O bildirib ki, şirkət Bakıda yerləşən təşkilatların təxminən 80 faizi ilə əməkdaşlıq edir. “Bunların arasında çoxsaylı şirkətlər, bank və otellər yer alıb. Lakin bizim ən böyük layihəmiz “Azərsu” ASC ilə həyata keçirilir. Bizim şirkət “Bakutel” sərgisinin daimi iştirakçısı olan yeganə “1C” müəssisəsidir. Bizim əsas məqsədimiz daha çox inkişaf etmək üçün şəxsi imicimiz üzərində işləyərək şirkət və təşkilatlar, xüsusən də xarici şirkətlərlə yeni əlaqələr qurmaqdır. Yüksəkixtisaslı mütəxəssislərimiz öz bacarıq və təcrübələri, iş üsullarının daim təkmilləşdirilməsi sayəsində istənilən müəssisədə idarəetmə və uçotun avtomatlaşdırılması üzrə tapşırıqların həll edilməsinə keyfiyyətli və operativ şəkildə kömək edirlər. Texnoloji tərəqqinin zirvəsində olmaq və bu sahədə müştərilərə istənilən tapşırığın həllində kömək etmək üçün daim şəxsi proqramlarımızı hazırlayırıq. Çevik qiymət siyasəti də şirkətimizin mühüm üstünlüklərindən biridir”, - deyə Fərəh Əliyeva bildirib.