İQTİSADİYYAT
“İçərişəhər” yarımstansiyasında tikinti işləri sürətləndirilir
Bakı, 7 avqust (AZƏRTAC). İnşasına yenicə başlanılan “İçərişəhər” yarımstansiyası “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin Səbail rayonunda apardığı mühüm tikinti işlərindən biridir.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Neftçilər prospekti, 66 ünvanında tikilən bu yarımstansiya 110/35/6 kilovolt (kV) gərginlik gücündə olacaqdır. Yarımstansiyada 40 meqavat-amper gücündə 2 transformator quraşdırılacaqdır.
Burada Almaniyanın tanınmış “Siemens” şirkətinin avadanlığından da istifadə olunacaqdır. Gərginliyi 110/35 kV olan bu qurğu şəhərin daha iri strateji dövlət obyektlərinin və bütövlükdə çoxminli rayon əhalisinin fasiləsiz olaraq keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına kömək edəcəkdir. Tikinti işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:36]
® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]