DÜNYA
İndoneziya Prezidenti Kim Çen Inı Cakartaya Asiya Oyunlarının açılışına dəvət edib
Tokio, 31 iyul, AZƏRTAC
İndoneziya Prezidenti Coko Vidodo Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı Asiya Oyunlarının avqustun 18-də Cakartada keçiriləcək açılış mərasiminə dəvət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti ölkənin hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Dəvət məktubu iyulun 30-da Pxenyana gələn İndoneziya nümayəndə heyəti tərəfindən təqdim edilib.
İndoneziyanın insan potensialı və mədəniyyət məsələləri üzrə əlaqələndirici naziri Puan Maharaninin sözlərini sitat gətirən qəzet yazır: “KXDR-ə səfərimizin əsas məqsədi Kim Çen Inı Oyunlara dəvət etməkdir”.
Xatırladaq ki, Asiya Oyunları avqustun 18-dən sentyabrın 2-dək İndoneziyada keçiriləcək. Oyunlarda Asiyanın 42 ölkəsindən 9,7 min idmançının iştirak edəcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]