ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunun yeni nəşri
Bakı, 29 iyun, AZƏRTAC
“İnformasiya texnologiyaları” nəşriyyatında “E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr” adlı ekspress-informasiya nəşr olunub.
Yeni nəşrin müəllifləri Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev və institutun kiçik elmi işçisi Günay Niftəliyeva, elmi redaktoru institutun təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifovdur.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, nəşrdə elektron dövlət anlayışı, onun inkişaf modelləri təhlil edilib, elektron dövlətin analizində text mining və sosial şəbəkə analizi texnologiyalarının rolu araşdırılıb və bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin müasir vəziyyəti təhlil edilib.
Araşdırma nəticəsində bu sahədə olan problemlər identifikasiya edilib, gələcək tədqiqat istiqamətləri müəyyənləşdirilib.