ELM VƏ TƏHSİL
İnformatika fənni üzrə vebinar keçiriləcək
Bakı, 17 iyun, AZƏRTAC
Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti vebinar iyunun 22-də informatika fənni üzrə “Müxtəlif tipli informasiyanın kodlaşdırılmasına aid məsələlər” mövzusunda keçiriləcək. Onlayn tədbirdə Bakı şəhəri 279 nömrəli tam orta məktəbin informatika müəllimi Anar Əhədli çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd müxtəlif tip informasiyanın (mətn, qrafik, səs və video) kodlaşdırılmasının izahı və tətbiq edilməsidir.
Qeyd edək ki, vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [23:08]
Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb
- 28.06.2024 [21:04]
Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib
- 28.06.2024 [18:36]
Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar
- 28.06.2024 [18:10]
ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş
- 28.06.2024 [17:51]
AMEA-nın əməkdaşı Çində elmi məruzə ilə çıxış edib
- 28.06.2024 [17:47]