DÜNYA
İngiltərədə ərinin onu ölmüş bilərək diri-diri basdırdığı qadını nişan üzüyü xilas etmişdir
Bakı, 8 dekabr (AZƏRTAC). Əslən Polşadan olan 27 yaşlı Mişelina Levandovskanın məhkəmədə verdiyi ifadə tükürpədici olmuşdur.
AZƏRTAC “Daily Mail”ə istinadən xəbər verir ki, 27 yaşlı Mişelinanın dediyinə görə, Marçin Kasprşak onu xəyanətdə ittiham edəndən sonra vəhşicəsinə döymüş, sonra da elektroşok tapançasını çıxararaq vurmuşdur. Huşunu itirib yıxılmış Levandovskanın öldüyünü zənn edən Patrik onun əl-ayağını bağlayıb, karton qutunun içinə qoyaraq şəhər kənarında basdırmışdır.
Hadisə İngiltərənin Qərbi Yorkşir qraflığındakı Şaddersfild şəhərində baş vermişdir.
Qutunun içində diri-diri basdırılmış Levandovska ayaqlarını və qollarını sarmış skotç lentlərini nişan üzüyünün brilyant qaşları ilə kəsərək 10 sm torpağın altından çıxmağı bacarmışdır.
Mişelina demişdir ki, qorxudan az qala ürəyim dayanacaqdı. Rahat nəfəs almaq üçün əvvəlcə ağzımdakı lentləri çıxardım. Daha sonra lentləri kəsməyə başladım və karton qutunu deşərək çölə çıxdım.
Qadının dediyinə görə, Martinlə qeyri-rəsmi nikahdan olan 3 yaşlı oğlu hadisədən xəbərsiz olmuşdur. Atası oğluna “anan uzaqlara gedib” deyərək aldatmışdır.
Mişelina onu da bildirmişdir ki, Martin onu vurarkən otaqda ərinin dostu, 18 yaşlı Patrik Boris də olmuşdur.