DÜNYA
İranda “omikron” un yayılması kəskin şəkildə artıb
Tehran, 8 fevral, AZƏRTAC
Son bir neçə gündə İranda koronavirusun yayılması və bunun nəticəsində yoluxan və ölənlərin sayında kəskin artım müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu gün koronavirusdan ölənlərin sayı 100-ü keçib. Halbuki, ötən həftə gündəlik ölüm sayı 30–dan aşağı idi. 2020-ci ildə olduğu kimi Tehranın və digər böyük şəhərlərin xəstəxanalarında yer çatışmazlığı müşahidə oluna bilər.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən son sutka ərzində İranda 38 min 757 nəfər koronavirusa yoluxub, 114 nəfər isə bu xəstəlikdən ölüb.
Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 6 milyon 657 min 842 nəfərə, ölənlərin ümumi sayı isə 133 min 48-ə çatıb. Müxtəlif xəstəxanaların reanimasiya şöbəsində yerləşdirilən 2 min 724 COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, müalicə alan 6 milyon 191 min 746 xəstə sağalaraq evə buraxılıb. İranın 120 şəhəri virusun geniş yayılması ilə əlaqədar qırmızı zonaya daxil edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]