DÜNYA
İrkutsk vilayətində Rusiya FHN-ə məxsus İl-76 təyyarəsi yoxa çıxıb
Bakı, 1 iyul, AZƏRTAC
İrkutsk vilayətində meşə yanğınlarının baş verdiyi ərazidə uçuş həyata keçirən İl-76 təyyarəsi ilə əlaqə kəsilib. Bu barədə Buryatiyanın fövqəladə xidmət orqanları məlumat verib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, göyərtəsində 10 nəfərin olduğu İl-76 təyyarəsi güclü tüstülənmə zonasında, 3 min metr yüksəklikdə yoxa çıxıb. Moskvadan və Krasnoyarskdan hadisə yerinə xilasedici dəstələr göndərilib. Hazırda axtarış əməliyyatlarında 9 hava gəmisi, 292 nəfər canlı qüvvə və 28 ədəd texnika iştirak edir.
Qeyd edək ki, istehsalına keçən əsrin 70-ci illərində başlanan İl-76 nəqliyyat təyyarəsi Rusiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən insanların və yüklərin daşınması, həmçinin fövqəladə hallar zamanı ərazinin kəşfiyyatında və yanğınların söndürülməsində aktiv istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]