İQTİSADİYYAT
İsmayıllı rayonunun İvanovka kəndində sürətli internetə çıxış təmin olunmuşdur
Bakı, 13 fevral (AZƏRTAC). İsmayıllı rayonunda kəndlərin mərkəzlə optik kabellərlə bağlanması sakinlərin sürətli internetdən istifadəsinə şərait yaratmışdır. Göyçay rayonunun Qaraməryəm kəndi istiqamətində TAE xəttinə qoşulan rayon rabitəsi daha sürətli və keyfiyyətli xidmətlərlə təmin olunmuşdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nəticədə rayonun İvanovka, Qubaxəlilli, Ruşan, Qələyə, Hacıhətəmli və Göytəpə kənd ATS-lərinin rabitəsi artıq TAE xəttinə birləşdirilmiş və bu kəndlərdə rabitənin keyfiyyəti bir neçə dəfə yüksəlmişdir.
Həmçinin rayonun İvanovka kəndində ADSL modemləri qurulmuşdur. Bununla da kənd sakinlərinin yüksək keyfiyyətli telefon rabitəsi ilə yanaşı, sürətli internetə çıxış imkanları da təmin edilmişdir.