REGİONLAR
İsmayıllının üzüm plantasiyalarından indiyədək 486 ton məhsul yığılıb
İsmayıllı, 25 avqust, AZƏRTAC
İsmayıllı rayonunda üzüm yığımı davam edir, artıq sahələrdən 486 ton məhsul tədarük olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, üzümçülük İsmayıllıda kənd təsərrüfatının aparıcı sahələrindəndir və hazırda üzüm bağlarının sahəsi 1096,3 hektara çatdırılıb. Bunun 1006 hektarı bar verəndir. Məhsul yığımına avqustun əvvəllərindən başlanıb və ilkin olaraq daha tez yetişən “Prima”, “Sultanino”, “Kardinal” süfrə sortları yığılır. Hələlik hər gün plantasiyalardan 2,5-3 ton üzüm tədarük olunur. Yığılan üzüm birbaşa yerli bazarlara çıxarılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]