İQTİSADİYYAT
İstehlaka yararsız məhsullar məhv edilmişdir
Bakı, 3 iyun (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqlər zamanı Bakının Abşeron və Nəsimi rayonlarında, eləcə də Qusar, Qax, Sabirabad, Gəncə, Zaqatala, Ağdaşda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Ümumilikdə, 110 kiloqramdan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [16:04]
Mərkəzi Bank Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsini müzakirə edib
- 24.06.2024 [16:00]
Baş nazirin müavini: Qazaxıstan Orta Dəhlizin inkişafına töhfə verir
- 24.06.2024 [11:28]
Bakının əsas küçələrindən birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır
- 24.06.2024 [11:22]
Bakıda “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir
- 24.06.2024 [10:27]