REGİONLAR
İsveçli diplomat: Lənkəranda keçirilən festivalda gördüklərim məni heyran etdi
Lənkəran, 11 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda keçirilən Çay, çəltik və sitrus festivalında gördüklərim məni heyran etdi. Festivalda burada yetişdirilən çay, sitrus meyvələrindən və yerli mətbəxin təamlarından daddıq. Hər şey əla idi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İsveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamill söyləyib.
“Sevindirici haldır ki, dadına baxdığımız məhsulların yetişdirildiyi diyarla yaxından tanış olmaqla bərabər, festivalda nümayiş olunan kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə yaxından görüşmək imkanı əldə etdik. Azərbaycanda, o cümlədən Lənkəranda kənd təsərrüfatı sahəsində çalışanları qazandığı uğurlar münasibətilə təbrik edirəm”, - deyə isveçli diplomat bildirib.
Bakıda artıq bir ildir çalışdığını, bu ilin yaz mövsümündə Lənkəranda olduğunu vurğulayan Kristian Kamill təkrar bu gözəl diyara gəlməsindən məmnunluğunu ifadə edib.