DÜNYA
İtaliyalı məşhur estrada ulduzu növbəti dəfə səhnəyə çıxacaq
Bakı, 22 iyun, AZƏRTAC
İtaliyalı məşhur estrada ulduzu Al Bano bu gün növbəti dəfə səhnəyə çıxacaq.
AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, bu, martın 20-də beyində qan dövranının pozulması diaqnozu ilə xəstəxanaya çatdırılan müğənninin məcburi fasilədən sonra ilk konserti olacaq.
Bu haqda məlumatı Al Banonun Sloveniyanın Nova-Qoritsa şəhərində keçiriləcək konsertinin təşkilatçısı olan Qruppo Hitin yayıb.
Məlumatda bildirilir ki, Al Bano konsertdə məşhur ifaları (Felicita, Ci sar) ilə yanaşı, sonuncu San-Remo festivalında ifa etdiyi yeni Di rise e di spine mahnısını da səsləndirəcək.
İyunun 28-də isə Al Bano həyat və səhnə yoldaşı olan Romina Pauer ilə birlikdə Moskvada Dövlət Kreml sarayında konsert proqramı ilə çıxış edəcək. Aprelin əvvəlində keçirilməli olan konsert müğənninin sağlıq durumu ilə bağlı təxirə salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]