MƏDƏNİYYƏT
“Jara-2018”i bütün il ərzində gözləyən festival iştirakçılarının qırmızı xalı üzərində keçidinə start verilib VİDEO
Bakı, 26 iyul, AZƏRTAC
Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi başlanıb.
AZƏRTAC xəbər verir ki, qırmızı xalıdan Qlyuk’oza, Qriqori Leps və Cosmos girlrs, Artik & Asti, Soqdiana, Ani Lorak, Sergey Lazarev, Qradusı qrupu və başqaları keçirlər.
Qlyuk’oza bu festivalı bütün ili gözlədiyini söyləyib. Ani Lorak Azərbaycan xalqının qonaqpərvər olduğunu və bu tədbirdə məmnuniyyətlə oxuyacağını bildirib. Sergey Lazarev festivalın adının Bakının iqliminə uyğun olduğunu qeyd edib.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.