İQTİSADİYYAT
Keçən il “Azərenerji” elektrik enerjisi istehsalına şərti yanacaq sərfini 2,1 faiz azaldıb
Bakı, 17 mart, AZƏRTAC
2021-ci ildə əsas elektrik enerjisi istehsalçısı olan “Azərenerji” ASC üzrə 25 milyard 37,8 milyon kilovat/saat, o cümlədən istilik elektrik stansiyalarında 23 milyard 904,9 milyon kilovat/saat, su elektrik stansiyalarında 1 milyard 132,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.
1 kilovat/saat elektrik enerjisi istehsalına şərti yanacaq sərfi 2020-ci illə müqayisədə 2,1 faiz azalaraq 253,2 qram təşkil edib ki, bu da 102,9 min ton şərti yanacağa və ya 90 milyon kubmetr təbii qaza qənaət olunmasını və müvafiq həcmdə istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısının alınmasını təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:36]
® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]