İQTİSADİYYAT
Kənd təsərrüfatı məhsulları istehsalçılarına 19,8 milyon manat dəyərində müxtəlif maşın və avadanlıq verilmişdir
Bakı, 25 avqust (AZƏRTAC). 2013-cü il yanvar-iyun aylarında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 19,8 milyon manat dəyərində müxtəlif maşın və avadanlıq verilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bunlar 372 müxtəlif növ traktor, 268 kotan, 71 taxılyığan kombayn, 38 çiləyici və tozlayıcı maşın, 33 səpici aqreqat, 30 otbiçən, 24 gübrəsəpən maşın, 18 taxıl-toxum təmizləyən, 16 bağarası frez, 15 traktor yedəyi (qoşqu), 11 ot dırmığı və 49 digər kənd təsərrüfatı maşın və avadanlığı olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:48]
® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı
- 03.05.2024 [14:51]