REGİONLAR
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardım verilib
Ağstafa, 23 fevral (AZƏRTAC). Ağstafa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydaları”na uyğun olaraq cari ildə rayonda sahibkarlıqla məşğul olan 9966 nəfərə ümumilikdə 786 min 393 manat yardım hesablanmışdır.
Hesablanan yardımın məhsul istehsalçılarına ödənilməsinə başlanmışdır.
Yardımın verilməsi nəticəsində əkin sahələri sahibkarlar tərəfindən ilbəil artırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]