İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyi 151 vakant yer üzrə işə qəbul elan edib
Bakı, 23 oktyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi 151 vakant yer üzrə işə qəbul elan edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 151 vakant yer üzrə işə qəbul elan olunub. Elana əsasən, nazirlik tərəfindən 47 baytar həkimi, 33 aqronom, 23 aqrokimyaçı, 16 aqrotexnik, 12 baytar feldşeri, 5 laborant, 11 sürücü, 4 traktorçu vakant yerlər üzrə işə qəbul ediləcək. Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə (Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev; elektron poçt ünvanı [email protected]) müraciət edə bilərlər. Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:36]
® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]