Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəngərli rayonunun Xok kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Naxçıvan, 18 noyabr (AZƏRTAC). Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini regionların hərtərəfli inkişafı təşkil edir. Bu mənada Naxçıvan Muxtar Respublikasının ən gənc rayonu olan Kəngərli son illər sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Rayonun sosial-iqtisadi göstəricilərinin ilbəil artması və yaşayış məntəqələrinin inkişafı kəndlərdə yeni sosial obyektlərin tikilməsi, xidmət sahələrinin yaradılması ilə müşayiət olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 18-də Kəngərli rayonunun Xok kəndində avtomobil yolunun, məktəb binasının, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin açılışı olmuşdur.

 

Kənd yolu yenidən qurulmuşdur

 

Müasir yol şəbəkələrinin salınması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Odur ki, muxtar respublikada magistral yollarla bərabər, kənd yollarının inşasına və yenidən qurulmasına da xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq noyabrın 18-də Xok kəndinin avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmiş, yeni yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmişdir.

Kənd sakini Davud Abbasov yolun yenidən qurulmasının, kəndin abadlaşmasının ümumilikdə sakinlərin rahat yaşayışına xidmət etdiyini qeyd etmiş, yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Məlumat verilmişdir ki, ümumi uzunluğu 7,6 kilometr olan yol iki hərəkət zolağından ibarətdir. Yenidənqurma işləri zamanı yolda 80 su keçidi tikilmiş, beton kanal çəkilmiş, yola yeni asfalt örtük döşənmiş hərəkət zolaqları rənglənmişdir. Tikinti işləri zamanı yolboyu yaşayış məntəqələrinin girişində və daxili yollarında da təmir işlər görülmüşdür.

 

“Heydər Əliyev ili”ndə 15-ci məktəb binası

Xok kəndində istifadəyə verilmişdir

 

Hər bir ölkədə təhsilli və intellektli gəncliyin yetişdirilməsi həm də güclü maddi-texniki bazaya malik məktəb binalarının istifadəyə verilməsi hesabına mümkündür. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə məktəb binalarının tikintisi diqqət mərkəzində saxlanılmış, şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə belə yeni təhsil ocaqları yaradılmışdır. Bu gün Ulu Öndərin təhsil strategiyasının uğurla davam etdirilməsi muxtar respublikada da yeni məktəb binalarının tikintisinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur.

Noyabrın 18-də Xok kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov bildirmişdir ki, muxtar respublikada aparılan abadlıq-quruculuq işləri Kəngərli rayonunu da əhatə etmiş, kəndlərdə yeni sosial obyektlər tikilmiş, yaşayış məntəqələri müasir görkəm almışdır. Hazırda rayon mərkəzi xəstəxanası əsaslı təmir olunur, şahmat məktəbi üçün yeni bina inşa edilir, içməli su və kanalizasiya xətləri çəkilir. Eyni zamanda rayonda özəl sektorun inkişafı və yeni müəssisələrin istifadəyə verilməsi əhalinin məşğulluğu sahəsindəki problemlərin aradan qaldırılmasına şərait yaratmışdır. Həyata keçirilən bu tədbirlər təhsil sisteminin də müasir tələblər səviyyəsində qurulmasına səbəb olmuşdur. Son illər rayonda 10 məktəb binası, 2 uşaq musiqi məktəbi üçün binalar tikilmişdir. Ramiz Cəfərov yaradılan şəraitə görə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.

Ali Məclisin Sədri Xok kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün ölkəmizdə təhsilə, məktəb işinə xüsusi diqqət və qayğı göstərilir. Çünki hər bir ölkənin gələcəyi olan gənclərin hazırlanması məktəblərdən başlanır. Ümummilli liderimiz Heydər Əliyev bu amili yüksək qiymətləndirərək demişdir ki, “Təhsil, məktəb Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət daşıyır”.

Ali Məclisin Sədri daha sonra demişdir: Məktəb işinin təkmilləşdirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi ölkəmizin gələcəyinə xidmət edir. Müəllimlər bilməlidirlər ki, onlar ölkəmizin gələcəyini hazırlayırlar. Şagirdlər isə unutmamalıdırlar ki, onlar bu gələcəyin əsas təminatçısıdırlar. Ona görə də hər bir ümumtəhsil məktəbində müəllim tələbkarlığı və şagird çalışqanlığı ön planda olmalıdır. Muxtar respublikada bu işlərin görülməsi üçün lazımi şərait yaradılmış, müasir məktəb binaları tikilmiş, təhsil ocaqları lazımi tədris avadanlıqları ilə təmin olunmuşdur. Xok kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurularaq kollektivin istifadəsinə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

“Müəllim səyi və şagird çalışqanlığı hər bir məktəbin nailiyyətlərinin əsasını təşkil edir”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, Xok kənd tam orta məktəbində də tədris bu istiqamətdə qurulmuş, uğurlu nailiyyətlər qazanılmışdır. Ötən tədris ilində məktəbin məzunlarından 16-sı ali məktəblərə, 5-i orta ixtisas məktəbinə, 4-ü Heydər Əliyev adına hərbi liseyə qəbul olunmuş, 2 məzun 500-700 intervalında yüksək bal toplamışdır.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirmiş, Kəngərli rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə etmişdir.

Sonra Ali Məclisin Sədri məktəb binasının açılışını bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, məktəb binası 1080 şagird yerlikdir. Binada 60 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 4 kompyuter, 2 müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır.

Məktəbin kitabxana fonduna 10 mindən artıq dərslik və bədii ədəbiyyat verilmişdir. Qeyd olunmuşdur ki, şagirdlərin mütaliə bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif səpgili materiallarla mütaliəyə marağın artırılmasında məktəb kitabxanaları əvəzsiz vasitədir. Ona görə də kitabxanada şagirdlərin bilik və bacarıqlarına uyğun tədbirlər təşkil edilməli, onların mütaliəyə marağı artırılmalıdır.

Ali Məclisin Sədri məktəbə ilk dəfə qədəm qoyan birincilərin dərs prosesi ilə maraqlanmışdır. Diqqətə çatdırılmışdır ki, 2013-2014-cü tədris ilində Xok kənd tam orta məktəbində birinci sinfə 62 şagird qəbul olunmuşdur.

Müasir informasiya texnologiyalarını tətbiq etməklə tədrisin keyfiyyətini yüksəltmək muxtar respublikada qarşıda duran əsas vəzifələr sırasındadır. Məqsəd tədris prosesini xeyli canlandırmaq, təhsil və bilik səviyyəsini artırmaq, dərsləri şagirdlər üçün daha maraqlı etməkdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi məktəblərin yeni kompyuter dəstləri və elektron lövhələrlə təminatı vacib məsələdir. Xok kənd tam orta məktəbində də 76 kompyuter quraşdırılmış, 4 elektron lövhəli sinif yaradılmışdır.

Dəqiq elmlərin tədrisi zamanı şagirdlərə biliklər nəzəri cəhətdən öyrədilməklə yanaşı, dərslərin praktik mənimsənilməsi də diqqət yetirilən amillər sırasındadır. Bu gün muxtar respublikada istifadəyə verilən məktəb binalarında müvafiq fənlər üzrə laboratoriyalar yaradılır. Xok kənd tam orta məktəbinin kimya, biologiya və fizika laboratoriyaları da lazımi avadanlıqlarla təmin edilmişdir.

İdman zalına baxış zamanı qeyd olunmuşdur ki, bədən tərbiyəsi və idman dərslərinin düzgün tədrisi şagirdlərin fiziki cəhətdən sağlam böyüməsinə imkan verir, eləcə də onların müxtəlif idman növlərinə olan marağını artırır. Ona görə də məktəbdə bu fənnin tədrisinə diqqət artırılmalı, yaradılan idman infrastrukturundan lazımınca istifadə olunmalıdır.

Məktəbdə hərbi dərslərin tədrisinə xüsusi diqqət yetirilir. Hər il məktəbin məzunları Heydər Əliyev adına hərbi liseyə, eləcə də ali hərbi məktəblərə qəbul olunur. Müasir avadanlıqlarla təchiz olunmuş hərbi kabinet bundan sonra da ibtidai hərbi hazırlıq fənninin hərtərəfli tədrisinə imkan verəcəkdir.

Məktəbin pedaqoji kollektivi ilə söhbət zamanı Ali Məclisin Sədri qeyd etmişdir ki, hər bir müəllimin fəaliyyəti tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir. Çünki gənc nəslin formalaşması məktəb kollektivinin qarşısında duran əsas vəzifədir. Pedaqoji kollektiv çalışmalıdır ki, gələcəyimiz olan gənclər intellektli və vətənpərvər yetişsinlər. Bu vəzifələrin həyata keçirilməsi üçün dövlət tərəfindən lazımi şərait yaradılmış, müasir məktəb binası istifadəyə verilmişdir. Müəllimlər göstərilən qayğı müqabilində daha səylə çalışacaqlarına söz vermişlər.

Məktəb binasının həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

 

Xok kəndinin idarəetmə qurumları

yeni binada fəaliyyət göstərəcək

 

Həmin gün Xok kəndində yeni kənd mərkəzi də istifadəyə verilmişdir.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mübariz Əliyev minnətdarlığını bildirərək demişdir ki, kənddə fəaliyyət göstərən dövlət qurumları bu günədək şəraiti olmayan binada yerləşirdi. Bu il kənddə yeni kənd mərkəzi tikilmiş, dövlət qurumlarının fəaliyyəti üçün hər cür şərait yaradılmış, yeni sosial obyektlərin istifadəyə verilməsi kəndi müasirləşdirmişdir. İnzibati ərazi dairəsi üzrə nümayəndə demişdir ki, Xok kəndində əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Kənddə 1808 baş iribuynuzlu mal-qara, 15 min başdan artıq xırdabuynuzlu heyvan saxlanılır. 7 min hektara yaxın əkinə yararlı torpağı olan Xok kəndində hazırda payızlıq taxıl əkini həyata keçirilir. Dövlət tərəfindən verilən güzəştli kreditlər, kənd təsərrüfatının inkişafı üçün yaradılan əlverişli şərait fərdi təsərrüfatların genişləndirilməsinə, məhsul istehsalının artırılmasına, əhalinin sosial rifah halının yüksəldilməsinə səbəb olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan kompleks tikinti-quruculuq işləri nəticəsində Xok kəndinin müasir yaşayış məntəqəsinə çevrildiyini bildirərək demişdir: Müasir kənd bütün sosial problemləri həll olunan, abadlaşan, yeni inzibati binalara malik, əhalinin məşğulluğu və yaşayış şəraiti təmin edilən yaşayış məntəqələridir. Bu gün Xok kəndində məktəbin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının fəaliyyəti təmin edilmiş, kənd yolu abadlaşdırılmışdır. Mənzillərə fasiləsiz olaraq elektrik enerjisi və təbii qaz verilir, keyfiyyətli rabitə xidməti göstərilir. Kənddə əhalinin məşğulluğu da diqqət mərkəzində saxlanılır, sakinlərə güzəştli şərtlərlə kreditlər verilir. Həmçinin Xok kəndinin 945 sakini dövlət büdcəsindən müavinət, pensiya və əməkhaqqı formasında vəsait alır.

Ali Məclisin Sədri demişdir: Xok kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi, aparılan abadlıq işləri insanların rahatlığına xidmət etməklə yanaşı, kəndin simasını da tamamilə dəyişmişdir. Qurulanlar, yaradılanlar kənddə fəaliyyət göstərən dövlət qurumlarının, eləcə də kənd əhalisinin üzərinə mühüm vəzifələr qoyur. Yerli idarəetmə qurumları və sakinlər bundan sonra da kəndin inkişafında yaxından iştirak etməli, qurulanları qorumalı, yaşıllıqların artırılmasında, fərdi təsərrüfatların genişləndirilməsində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Ali Məclisin Sədri bu işlərin görülməsində sakinlərə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

İki mərtəbədən ibarət olan kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kənd mədəniyyət evi və 83 yerlik zal yerləşir.

Rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində Xok kəndində mühüm tədbirlər görülmüş, mərkəzdə yerləşən rabitə evində poçt bölməsi yaradılmış, bank xidməti təşkil olunmuşdur. Burada 820 nömrəlik elektron Avtomat Telefon Stansiyası quraşdırılmış, mobil operatorların xidməti təmin edilmiş, fiberoptik rabitə xətti çəkilmişdir. Bu da kənddə abunəçilərə yüksək səviyyədə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlər göstərməyə imkan verəcəkdir. Hazırda kənddə bu xətt üzərində 51 internet istifadəçisi vardır.

Kənd mərkəzində baytarlıq məntəqəsinin fəaliyyəti üçün də lazımi şərait yaradılmış, məntəqə dərman preparatları ilə təchiz edilmişdir. Baytarlıq məntəqəsi kənddə mal-qaranın təhlükəli xəstəliklərdən qorunması, heyvanlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması üçün planlı şəkildə profilaktiki tədbirlərin aparılmasında, heyvandarlıq məhsullarının sanitar keyfiyyətinə nəzarətin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Binada kənd kitabxanasının fəaliyyəti də təmin olunmuş, kitabxana fonduna 3 minə yaxın kitab verilmişdir.

Kəndlərdə aparılan quruculuq işləri zamanı polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, polis sahə inspektorlarının fəaliyyəti üçün zəruri şəraitin yaradılması da diqqət mərkəzində saxlanılır, kənd mərkəzlərində sahə məntəqələri üçün otaqlar ayrılır. Bu, polis sahə inspektorlarının yerli idarəetmə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərməsini təmin edir. Yaradılan şərait Xok kəndində də əhali arasında hüquqi maarifləndirmə tədbirlərinin, eləcə də profilaktika işinin gücləndirilməsinə imkan verəcəkdir.

Binanın həyətində abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

 

Xok kəndində xəstəxana tipli yeni həkim

ambulatoriyası fəaliyyətə başlamışdır

 

Muxtar respublikada səhiyyə infrastrukturunun müasirləşdirilməsi əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına, insanların lazımi tibbi xidmətlərlə təmin olunmasına imkan verir.

Noyabrın 18-də Xok kəndində yeni həkim ambulatoriyasının açılışı olmuşdur.

Tibb bacısı Leyli Həsənova həkim ambulatoriyasında yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kollektivi salamlamış, yeni həkim ambulatoriyasının istifadəyə verilməsi münasibətilə onları təbrik edərək demişdir: Xok kəndi muxtar respublikanın böyük yaşayış məntəqələrindən biridir. Kənddə 5 mindən artıq əhali yaşayır. Kəndin böyüklüyü və əhalinin çoxluğu nəzərə alınaraq burada həkim ambulatoriyası yaradılmış və müvafiq ştatlarla təmin olunmuşdur. Bu il ambulatoriya üçün yeni bina tikilmiş, lazımi tibbi avadanlıqlar verilmişdir. Yaradılan şərait və mövcud tibbi personal kənddə səhiyyə xidmətinin nümunəvi şəkildə qurulmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri demişdir: Səhiyyə xidməti kəndlərdən başlamalıdır. Bunun üçün, ilk növbədə, səhiyyə ocaqlarının tikilməsi və ixtisaslı kadrlarla təminat diqqət mərkəzində saxlanılmalıdır. Son illər muxtar respublikanın kəndlərində yeni tibb ocaqları tikilərək istifadəyə verilmişdir. Həmçinin muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisasların açılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına şərait yaratmışdır. Bu gün Xok kənd həkim ambulatoriyası da həkim və orta tibb işçiləri ilə təmin olunmuşdur. Ambulatoriyanın kollektivi göstərilən qayğıdan səmərəli istifadə etməli, əhali arasında səhiyyə maarifi işini gücləndirməli, gigiyenik qaydalara əməl olunmalı, insanların sağlamlığının qorunması sahəsində ardıcıl tədbirlər görülməlidir.

Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulamışdır.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra həkim ambulatoriyasına baxış olmuşdur.

İki mərtəbəli binada 11 otaq, o cümlədən stomatoloq üçün kabinet, pediatr, palata, doğuş, peyvənd, aptek, mama və manipulyasiya otaqları yerləşir. Ambulatoriya lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Hazırda ambulatoriyada 11 tibb işçisi sakinlərə xidmət göstərir. Onlar peyvənd işinin vaxtında aparılmasına və gigiyenik qaydalara əməl olunmasına, səhiyyə maarifi işinin ardıcıl olaraq həyata keçirilməsinə diqqət yetirirlər.

Həkim ambulatoriyasının həyətində də abadlıq işləri aparılmışdır.

 

Kənddə yeni xidmət mərkəzi

istifadəyə verilmişdir

 

Həmin gün Xok kəndində yeni xidmət mərkəzinin də açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəmzi açılışı bildirən lenti kəsmişdir.

Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcəkdir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.

Ali Məclisin Sədri xidmət mərkəzindəki mağazalara baxmış, satılan malların keyfiyyəti və göstərilən xidmətin səviyyəsi ilə maraqlanmışdır. Bildirilmişdir ki, mağazalarda yerli kənd təsərrüfatı və sənaye məhsullarının satışına daha çox üstünlük verilir, istehlakçıların gündəlik tələbatı nəzərə alınır.

Xidmət mərkəzinə baxışdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, muxtar respublikanın bütün bölgələrində geniş vüsət alan tikinti-quruculuq işləri Xok kəndini də əhatə etmişdir. Yeni sosial obyektlərin istifadəyə verilməsi, yaradılan şərait, suvarma və içməli su ilə təminat kəndin inkişafına, məskunlaşmanın artmasına səbəb olmuşdur. Sakinlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, muxtar respublikamızın inkişafına öz töhfələrini verməlidirlər.

Kənd ağsaqqalı Yadulla Bağırov muxtar respublikanın bütün bölgələrini əhatə edən tikinti-quruculuq və abadlıq işlərini ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirmiş, göstərilən qayğıya görə kənd sakinləri adından minnətdarlıq etmişdir.

 

X X X

 

Muxtar Respublikanın kəndlərində aparılan kompleks tikinti quruculuq işləri ilə yanaşı, bir sıra abadlıq tədbirləri də görülür. Kəndlərin rabitə, elektrik, qaz və su xətləri yenilənir. Xok kəndində də 410 metr fiberoptik, 4 min 800 metr elektrik, 264 metr qaz və 470 metr yeni içməli su xətti çəkilmiş, yaşıllıqlar salınmışdır. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

Tramp kömür enerjisinin inkişafı üçün 700 milyon dollar ayırmaq istəyir

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

“Çanmi” fırtınası Tokioda güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub

Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alınıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

“Rheinmetall” Beynəlxalq Aerokosmik Sərgisində ən son hərbi texnologiyalarını təqdim edəcək

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır

Tramp: İranla danışıqlar yaxşı davam edərsə, razılaşma həftəsonu baş verə bilər

BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək

Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”

Bakıda “Əmir Əlişir Nəvainin irfani dünyası” monoqrafiyası işıq üzü görüb

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Gələn il Sidney ilə London arasında birbaşa reyslərə başlanıla bilər: “Airbus” ilk sınaq uçuşunu həyata keçirib

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib - ŞƏRH

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb YENİLƏNİB

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib

Tarixçi-alim: Ermənistanda monoetnik mühit deportasiyalar və məcburi köçürmələr vasitəsilə formalaşdırılıb

Fərhad Qaraşov: Yeni Dövlət Proqramı aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirəcək

Regionun taleyini dəyişən xətt: Orta Dəhlizdə Azərbaycan həlledici gücə çevrilir MÜSAHİBƏ

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır

Folklor İnstitutunun direktoru: Qərbi Azərbaycanın tarixi-mədəni yaddaşı rəqəmsal bazada qorunur

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır