“Kəpəz” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da Bakı Fond Birjasında (BFB) “Kəpəz” MMC-nin tədavül müddəti 48 ay olan AZ2009020804 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 8 investor tərəfindən səkkiz sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 14 faiz, faiz ödənişləri isə hər 30 gündə bir dəfə olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon manat təşkil edib. İstiqrazlar 2026-cı il sentyabrın 6-da ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]