ELM VƏ TƏHSİL
Kimyaçı alimlərin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun (AKİ) baş direktoru akademik Vaqif Fərzəliyev, laboratoriya müdiri dosent Afayət Məmmədova və digər əməkdaşların birgə müəllifi olduğu növbəti məqalə “Afrika Kimya” (Chemistry Africa) adlı nüfuzlu xarici jurnalda dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə motor yağları üçün tərkibində azot, kükürd atomları və karboksilat qrup saxlayan yüksək əsaslı alkilfenolyat aşqarların alınması və onların xassələrinin tədqiqinə həsr olunub. Müəyyən edilib ki, onlar yüksək antikorrozion, antioksidant, neytrallaşdırıcı və yuyucu xüsusiyyətlərə malikdir və buna görə də motor yağlarına çoxfunksiyalı əlavələr kimi istifadə edilə bilər.
Xatırladaq ki, “Chemistry Africa” jurnalı “Web of Science” beynəlxalq elmi bazasına daxildir.