MƏDƏNİYYƏT
“King Crimson” qrupun həmtəsisçisi İan MakDonald vəfat edib
Bakı, 12 fevral, AZƏRTAC
Britaniyalı musiqiçi, multiinstrumentalist, “King Crimson” rok qrupunun keçmiş üzvü İan MakDonald 76 yaşında ABŞ-da vəfat edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Rolling Stone” nəşri məlumat yayıb.
Məlumatda bildirilib ki, musiqiçi xərçəng xəstəliyindən dünyasını dəyişib.
İan MakDonald Osterleydə (London) dünyaya gəlib. 1968-ci ildə “King Crimson” qrupunun yaradıcılarından biri olub. İan MakDonald “In the Court of Crimson King” (1969) adlı debüt albomunun yazılmasına töhfə verib. Bu mahnı toplusu “Rolling Stone” jurnalının “Bütün zamanların 50 ən böyük proqressiv rok albomu” siyahısında ikinci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]