MƏDƏNİYYƏT
Kitabxanada Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə oxucularla “Bir kərə yüksələn bayraq, bir daha enməz!” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlətin atributlarından biri olan üçrəngli bayrağımızın tarixindən danışılmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu bayramın təsis edilməsi Azərbaycan Prezidentinin dövlət atributlarına verdiyi dəyərin bariz nümunəsidir. Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd edilməsi müstəqilliyimizin gələcəkdə daha da möhkəmlənməsinə və qüdrətlənməsinə xidmət edəcəkdir.
Sonda kitabxananın hazırladığı “Mənim varlığım bayraq” mövzusunda sərgiyə baxış keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]
Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub
- 03.05.2024 [14:22]