CƏMİYYƏT
Kürdəmirdə ”Narkomaniya ilə mübarizədə islamın rolu” mövzusunda konfrans keçirilmişdir
Kürdəmir, 25 iyun (AZƏRTAC). Kürdəmir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə rayonda ”Narkomaniya ilə mübarizədə İslamın rolu” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda Kürdəmir və Ağsu rayonlarından olan dindarlar, dini icma sədrləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Nizami Məmmədov, Kürdəmir İmamrza dini icmasının sədri, axund Füzuli Cəfərov, Ağsu rayon mərkəzi dini icmasının sədri Nürəddin İslamov və başqaları məsələ ilə əlaqədar çıxış etmişlər.
Qeyd olunmuşdur ki, narkomaniya bütün dünyada çox böyük faciələr yaradan ümumbəşəri bəladır. Bu bəlanın qarşısının alınması nəinki dini və dövlət qurumlarının, habelə bütün insanların borcudur.
Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.